ABŞ Ukraynada korrupsiya ilə mübarizəyə 5 milyon dollar ayıracaq
sizinxeber.az xəbər saytı

ABŞ Ukraynada korrupsiya ilə mübarizəyə 5 milyon dollar ayıracaq


ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya Kiyevə səfəri zamanı Ukraynada korrupsiya ilə mübarizə üçün qrant olaraq 5 milyon dollar ayrıldığını açıqlayıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı yazılı məlumatda deyilir.

Zeya həmçinin bildirib ki, Dövlət Departamenti həmçinin ukraynalıları dəstəkləmək üçün Beynəlxalq Miqrasiya Təşkilatına 2 milyon dollar, habelə BMT-nin Ukraynada qadınların vəziyyətinin yaxşılaşdırılması proqramına 2 milyon dollar ayırıb.

Zeya Kiyevdə baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini - ədliyyə naziri Olqa Stefanişina, veteranlarla iş üzrə nazir Nataliya Kalmıkova, həmçinin Ukrayna Milli Antikorrupsiya Bürosunun və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun rəhbərliyi ilə görüşüb.

Oxşar xəbərlər

ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq
Finlandiya Ukrayna üçün sursat alınmasına 30 milyon avro ayıracaq
Blinken ABŞ-ın Ukraynaya 700 milyon dollardan çox yardım ayırdığını açıqlayıb
Dövlət Departamenti Tayvana 228 milyon dollar dəyərində ehtiyat hissələrin satışına icazə verib
Dövlət Departamenti Ər-Riyada 1 milyard dollarlıq silah satışına icazə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər