ABŞ İsraildən fərqli olaraq, Ukraynaya ballistik raketlərdən müdafiə sistemi yerləşdirməyəcək
ABŞ İsraildən fərqli olaraq, Ukraynaya Rusiya raketləri və pilotsuz təyyarələrinə qarşı mübarizə aparması üçün THAAD ballistik raketlərdən müdafiə sistemi yerləşdirməyəcək, çünki Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki müharibə fərqlidir.
Sizinxeber.az xəbər verir ki, bunu Pentqonun mətbuat katibinin köməkçisi Sabrina Sinq keçirdiyi brifinqdə deyib.
O, ABŞ-nin Ukrayna və İsrailə münasibətdə fərqli öhdəliklərinin olduğunu qeyd edib: “Fərqli imkanlar, fərqli müharibələr, fərqli regionlar. İsrail və Ukrayna ilə bağlı öhdəliklər də fərqlidir”.
Pentaqon rəsmisi ABŞ Müdafiə Nazirliyinin və hökumətinin İsrail və Ukraynanın müdafiə ehtiyaclarının ödənilməsi üçün dəstəyini davam etdirdiyini vurğulayıb.
Oxşar xəbərlər
Almaniya MN: Ukrayna bizim verdiyimiz silahlardan öz məqsədinə uyğun istifadə edə bilər
Pentaqon: Qərbin Ukrayna üzərində Rusiya raketlərini məhv etməsi ABŞ-ni müharibəyə cəlb edəcəkdi
Hollandiya Ukraynaya 88 milyon avro ayırıb
Pentaqon Ukrayna F-16-sının öz HHM sistemi ilə vurulması ilə bağlı xəbərlərə cavab verib
KİV: İran raketləri bir neçə yerdə İsrailin HHM sistemlərini keçə bilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











