Meksika BMT TŞ-də veto hüququnu ləğv etməyə çağırıb
Meksika BMT Təhlükəsizlik Şurasında soyqırım məsələlərinə baxarkən veto hüququnun ləğv edilməsini təklif edib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Meksikanın xarici işlər naziri Alisiya Barsena BMT Baş Assambleyasında çıxışı zamanı bildirib.
Meksika BMT-nin bir qurum kimi qorunub saxlanmasını dəstəkləyir. Lakin ölkə BMT Təhlükəsizlik Şurasında (TŞ) veto hüququnun tamamilə ləğv edilməsini və heç olmasa bundan əvvəl bir sıra cinayətlərə baxılarkən bu hüququn məhdudlaşdırılmasını təklif edib.
“Meksika vetonu tamamilə ləğv etməyi təklif edir və buna nail olana qədər, heç olmasa, soyqırım, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri hallarında onu məhdudlaşdırmağı təklif edir. Biz çoxqütblü dünyaya və onun təsisatlarına inamı bərpa etməliyik”, - deyə o bildirib.
Nazir vurğulayıb ki, veto fraksiya və biabırçı geosiyasi maraqların tətbiqinə kömək edir. Onun sözlərinə görə, BMT bir təşkilat kimi gücsüz görünür və onun hərbi münaqişələrin qarşısını almaq missiyası uğursuzluq nümayiş etdirir.
Oxşar xəbərlər
Macarıstan Aİ-nin Venesueladakı seçkilərlə bağlı bəyanatına veto qoyub
Borrell Gürcüstanı LGBT təbliğatına qarşı olan qanunu ləğv etməyə çağırıb
Qriqoryan: Ermənistan özü üçün təhlükəsizlik təminatları axtarır
Sergey Lavrov: Rusiya taxıl sazişini bərpa etməyə hazır olub
İran XİN rəhbəri: Regionda sərhədlərin dəyişdirilməsi bizim üçün qırmızı xətdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













