ABŞ-da iki rusiyalı çirkli pulların yuyulmasında ittiham olunur
ABŞ hakimiyyəti iki Rusiya vətəndaşı Sergey İvanov və Timur Şahmametovu kriptovalyuta vasitəsilə çirkli pulların yuyulmasında ittiham edib.
APA xəbər verir ki, bu barədə ABŞ-ın Ədliyyə Nazirliyi məlumat yayıb.
“Bu gün ittiham olunan iki Rusiya vətəndaşının irimiqyaslı çirkli pulların yuyulmasında milyonlarla dolları mənimsədikləri və İvanovun qaranlıq internet narkotik tacirlərinə və fidyə proqramı operatorlarına yardım etdiyi iddiası ilə bütün dünyada kibercinayətkarlar şəbəkəsini gücləndirdikləri iddia edilib. Hollandiyalı tərəfdaşlarımızla işləyərək biz qeyri-qanuni kriptovalyuta birjası olan “Cryptex”i bağladıq və milyonlarla dollar kriptovalyutanı bərpa etdik”, - deyə nazirlikdən bildiriblər.
Şahmametov isə öz internet saytı vasitəsilə oğurlanmış bank kartı məlumatlarını satmaqda ittiham olunur.
Bundan əlavə, Ədliyyə Nazirliyi bildirib ki, Hollandiya hakimiyyətinin köməyi ilə iki rusiyalı ilə əlaqəli olduğu iddia edilən “Cryptex” və “PM2BTC” birjalarına xidmət göstərən serverlər də ələ keçirilib. Serverlərdə 7 milyon dollardan çox kriptovalyuta saxlanılıb.
Qeyd edək ki, avqust ayında ABŞ-ın rayon məhkəməsi oğurlanmış bank məlumatlarını satdığı üçün Georgi Kavjaradze adlı moskva sakininə 40 ay həbs cəzası verib.
Oxşar xəbərlər
ABŞ altı rusiyalını Ukrayna və NATO ölkələrinə qarşı kiberhücumlarda ittiham edib
ABŞ-da bir Rusiya və bir Qazaxıstan vətəndaşı kiber fırıldaqçılıqda ittiham olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
