ABŞ altı rusiyalını Ukrayna və NATO ölkələrinə qarşı kiberhücumlarda ittiham edib
sizinxeber.az xəbər saytı

ABŞ altı rusiyalını Ukrayna və NATO ölkələrinə qarşı kiberhücumlarda ittiham edib


ABŞ hakimiyyəti altı rusiyalını Ukrayna və NATO ölkələrinə qarşı kiberhücumlarda ittiham edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin dərc etdiyi məlumatda deyilir.

Məlumata görə, onlar Ukrayna hökuməti ilə əlaqəli məlumatların əldə edilməsi, həmçinin Kiyevin İKT sisteminin zərər çəkməsində ittiham olunur.

Onların “WhisperGate” proqramından istifadə etməklə Ukraynanın bir sıra orqanlarının kompüter şəbəkələrinə, eləcə də onu dəstəkləyən ölkələrə, o cümlədən ABŞ və NATO-nun 25 ölkəsinə qarşı kiberhücumlar həyata keçirdikləri qeyd edilir.

ABŞ-nin Ədliyyə Nazirliyi iddia edir ki, onlardan beşi Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin əməkdaşlarıdır. Onların hər birinin yeri barədə məlumat verənə 10 milyon dollar təklif edilir.

Oxşar xəbərlər

Stoltenberq NATO-Ukrayna Şurasının iclasını çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Çinin 7 vətəndaşını kibercinayətlərdə ittiham edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Stoltenberq Ukrayna-NATO Şurasının iclasını çağıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna və NATO ortaq silah istehsalına başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaporojye AES-də yanğın olub, Ukrayna və Rusiya bir-birini ittiham edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər