Braziliyada “X” platformasından istifadəyə görə 9 min dollar cərimə tətbiq edilib
sizinxeber.az xəbər saytı

Braziliyada “X” platformasından istifadəyə görə 9 min dollar cərimə tətbiq edilib


Braziliyanın Federal Ali Məhkəməsinin hakimi Aleksandre de Morais, məhkəmənin fəaliyyətini dayandırmaq qərarına baxmayaraq, "texnoloji hiylələrdən" və “X” sosial şəbəkəsindən istifadə etməyə davam edən şəxslər və şirkətlər üçün gündəlik 50,000 real (təxminən 9,000 dollar) cərimə kəsilməsinə qərar verib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Braziliyanın Federal Ali Məhkəməsinin rəsmi internet saytında məlumat yerləşdirilib.

Qərara əsasən, Braziliya Milli Telekommunikasiya Agentliyinin (Anatel) prezidenti Karlos Manuel Bayqorri sosial şəbəkənin “fəaliyyətinin dayandırılmasını təmin etmək üçün bütün tədbirləri görməlidir”.

"Anatel" artıq məhkəmə qərarına əməl etdiyini açıqlayıb.

Oxşar xəbərlər

“X” sosial şəbəkəsi Braziliyada fəaliyyətini dayandırdığını elan edib
Bloomberg: İlon Mask 235 mlrd. dollar sərvətlə dünyanın ən zəngin şəxsidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər