Kirill Dmitriyev: ABŞ-nin qərarı 100 milyon bareldən çox Rusiya neftini əhatə edəcək
ABŞ-nin Rusiya neftinin bir hissəsi üçün icazə müddətinin uzadılması qərarı 100 milyon bareldən çox neftə təsir edəcək.
"Sizinxeber.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ölkə prezidentinin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev sosial şəbəkələrdə bildirib.
"Qərar, keçən dəfə olduğu kimi, yolda olan 100 milyon bareldən çox nefti əhatə edəcək", - o qeyd edib.
Xüsusi nümayəndənin sözlərinə görə, Rusiya tərəfi ABŞ ilə iqtisadi və enerji məsələləri üzrə birgə işi davam etdirir.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi aprelin 17-dək tankerlərə yüklənmiş Rusiya mənşəli xam neft və neft məhsullarının satışı, daşınması və boşaldılması ilə bağlı əməliyyatlar üçün icazə müddətini 16 maya qədər uzadıldığını bildirib.
Oxşar xəbərlər
ABŞ Maliyyə Nazirliyi Rusiya neftinin ticarətinə icazə müddətini uzadıb
KİV: Rusiya Prezidentinin xüsusi nümayəndəsi ABŞ-də Trampın nümayəndələri ilə görüşüb
KİV: Putinin xüsusi nümayəndəsi ABŞ-də Trampın nümayəndələri ilə görüşüb
Rusiya və ABŞ prezidentlərinin xüsusi nümayəndələri Sankt-Peterburqda görüşüblər
Rusiya Prezidentinin xüsusi nümayəndəsi: ABŞ nümayəndə heyəti ilə görüşü davam etdirəcəyik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
