ABŞ Maliyyə Nazirliyi Rusiya neftinin ticarətinə icazə müddətini uzadıb
ABŞ aprelin 17-dək tankerlərə yüklənmiş Rusiya mənşəli xam neft və neft məhsullarının satışı, daşınması və boşaldılması ilə bağlı əməliyyatlar üçün icazə müddətini 16 maya qədər uzadıb.
"Sizinxeber.az"un məlumatına görə, müvafiq müddəa 17 apreldə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) rəsmi saytında yerləşdirilən ümumi lisenziyada yer alıb.
Sənəddə ABŞ Maliyyə Nazirliyinin blok sanksiyalarına məruz qalan gəmilər də daxil olmaqla, istənilən gəmiyə yüklənmiş Rusiya mənşəli xam neft və ya neft məhsullarının satışı, çatdırılması və ya boşaldılması ilə bağlı əməliyyatlar 17 aprel 2026-cı il tarixində şərq yay vaxtı ilə saat 00:01-ə (Bakı vaxtı ilə saat 08:01) qədər qeyd olunur. Bu cür əməliyyatlara 16 may 2026-cı ildə şərq sahili vaxtı ilə saat 00:01-ə (Bakı vaxtı ilə saat 08:01) qədər icazə verilir.
Lisenziyada xüsusilə qeyd olunur ki, bu, Rusiya Federasiyası tərəfindən ilhaq edilmiş Krım, qondarma "Donetsk Xalq Respublikası" (DXR) və "Luqansk Xalq Respublikası" (LXR), eləcə də İran, Kuba və Şimali Koreya ilə bağlı əməliyyatlara şamil edilmir. Sənədə əsasən, yeni ümumi lisenziya ABŞ Maliyyə Nazriliyi tərəfindən 19 martda verilmiş və 11 apreldə müddəti bitmiş əvvəlki oxşar lisenziyanı tamamilə əvəz edir.
Martın 12-də ABŞ-nin Maliyyə Nazirliyi həmin tarixdən əvvəl Rusiyadan gəmilərə yüklənmiş neft və neft məhsullarının satışına tətbiq edilən sanksiya məhdudiyyətlərini qaldırıb.
Oxşar xəbərlər
Putin neft və neft məhsullarının “price cap” ilə satışına qadağanın müddətini uzadıb
ABŞ İran neftinin satışına icazə müddətini uzatmayacaq
ABŞ Suriyaya qarşı sanksiyaları yumşaldır
KİV: Rosaviasiya İsrailə gecə uçuşlarına qoyulan qadağanı uzadıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
Venesuelada zəlzələdən sonra fövqəladə vəziyyət elan edilib
