sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Rusiya nefti ilə bağlı bu icazənin müddəti uzadılmayacaq
ABŞ Maliyyə Nazirliyi Rusiya və İran neftinin alınmasına verilmiş müvəqqəti icazənin müddətini uzatmayacaq.
Sizinxeber.Az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent deyib.
O qeyd edib ki, artıq dənizdə olan və əvvəlki icazə çərçivəsində daşınan neft həcmi demək olar ki, tükənib və yeni güzəşt üçün əsas yoxdur.
Nazir əlavə edib ki, İranla bağlı da oxşar addım gözlənilmir:
“ABŞ İrana qarşı sərt xətti davam etdirir və bu ölkədən neft ixracı faktiki olaraq bloklanıb”.
Qeyd edək ki, ABŞ Rusiya mənşəli neft və neft məhsullarının satışı, daşınması və boşaldılması üzrə əməliyyatlara müvəqqəti icazə verib.
Oxşar xəbərlər
ABŞ Maliyyə Nazirliyi Rusiya neftinin ticarətinə icazə müddətini uzadıb
Kirill Dmitriyev: ABŞ-nin qərarı 100 milyon bareldən çox Rusiya neftini əhatə edəcək
ABŞ İran neftinin satışına icazə müddətini uzatmayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
