Tramp Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə töhfə verəcəyinə söz verib
ABŞ prezidenti Donald Tramp Avropa liderləri ilə keçirdiyi videokonfrans zamanı ABŞ-ın, Fransanın, Böyük Britaniyanın və Almaniyanın rəhbərlik etdiyi, “İstəklilər Koalisiyası” tərəfindən hazırlanmış Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təmin edilməsi üçün əlindən gələni edəcəyinə söz verib.
APA xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro öz “X” hesabında yazıb.
“Prezident Tramp bu gün Ukraynaya və onun müttəfiqlərinə açıq şəkildə bildirdi ki, ABŞ Fransanın, Böyük Britaniyanın və Almaniyanın başçılıq etdiyi “İstəklilər Koalisiyası” tərəfindən hazırlanmış təhlükəsizlik zəmanətlərinə öz töhfəsini verəcək”, – Barro bildirib.
Onun sözlərinə görə, Tramp bildirib ki, Rusiya prezidenti Vladimir Putindən Ukraynada qeyd-şərtsiz atəşkəs tələb edəcək. Tramp həmçinin ərazi məsələsinə dair danışıqların yalnız Volodimir Zelenskinin iştirakı ilə aparılacağına da zəmanət verib.
Oxşar xəbərlər
Rubio Fransanın XİN başçısı ilə Ukrayna, Qəzza və İran məsələlərini müzakirə edib
Tramp: Putin və Uitkofun görüşündə böyük irəliləyiş əldə olunub
Makron: Tramp NATO-nun Ukraynanın təhlükəsizlik zəmanətlərinə daxil edilməsinə qarşıdır
Tramp Ağ Evdə Corcia Meloni ilə görüşəcək
Tramp: Mənim kimi Putin də hesab edir ki, İsrail-İran müharibəsi bitməlidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
