Tramp: Yanvarın 1-dən Rusiya 112,5 min, Ukrayna isə 8 min əsgər itirib
sizinxeber.az xəbər saytı

Tramp: Yanvarın 1-dən Rusiya 112,5 min, Ukrayna isə 8 min əsgər itirib


“Mənə indicə məlumat verdilər ki, bu ay Ukrayna ilə müharibədə 20 minə yaxın rus əsgəri həlak olub. Rusiya ilin əvvəlindən bu yana 112,5 min əsgər itirib. Bu, çox lazımsız ölümdür. Ukrayna da çox əziyyət çəkib. Onlar 2025-ci ilin yanvarın 1-dən bəri 8,000 əsgər itiriblər və bu rəqəmə itkin düşənlər daxil deyil.”

Sizinxeber.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp öz “Truth” hesabında yazıb.

"Bu rəqəmə itkin düşənlər daxil deyil. Ukrayna da mülki vətəndaşları itirib, lakin daha az sayda. Çünki Rusiya raketləri Kiyevə və digər Ukrayna ərazilərinə düşür. Bu müharibə baş verməməli idi", - Tramp bildirib.

Tramp həmçinin bu müharibənin ABŞ-ın sabiq prezidenti Co Baydenin müharibəsi olduğunu və özünün bu müharibəni dayandırmaq istədiyini yazıb.

Oxşar xəbərlər

Tramp: Ukrayna böhranı Baydenin müharibəsidir, mən isə onu dayandırmaq istəyirəm
Tramp Rusiya-Ukrayna danışıqlarında iştirak etmək üçün İstanbula getməyi düşünür
Tramp: Rusiya və Ukrayna ən qısa müddətdə atəşkəslə bağlı danışıqlara başlayacaq
Zelenski müharibə zamanı həlak olan hərbçilərin sayını açıqlayıb
Tramp Putinin Ukrayna ətrafındakı münaqişəni nizamlamaq istədiyinə inandığını bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle