Tramp İranın əsas nüvə obyektlərinin tamamilə məhv edildiyini deyib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Tramp İranın əsas nüvə obyektlərinin tamamilə məhv edildiyini deyib - YENİLƏNİB


"ABŞ İranın uranı zənginləşdirən obyektlərini tamamilə məhv edib."

Sizinxeber.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdən müraciəti zamanı bildirib.

"Bu gecə mən dünyaya deyə bilərəm ki, bu zərbələr möhtəşəm hərbi uğurdur. İranın uranın zənginləşdirilməsi üzrə əsas obyektləri tamamilə məhv edilib", - Tramp deyib.

"İndi İran sülh bağlamalıdır", - deyən Tramp İranda "hələ çox hədəf qaldığını" və sonrakı hücumların daha da dağıdıcı ola biləcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İranın üç ən böyük nüvə obyektini bombalamasından iki saat sonra xalqa müraciət edib.

O, Fordo, Natanz və Isfahanın "görkəmli hərbi uğur" nəticəsində tamamilə məhv edildiyini bildirib.

"Belə davam edə bilməz. İran üçün ya sülh, ya da faciə olacaq", - Tramp vurğulayıb.

O, ABŞ və İsrail hərbçilərinə təşəkkür edib.

"Bu gün etdiyimizi başqa heç bir ordu edə bilməzdi", - ABŞ lideri qeyd edib.

Trampın çıxışı bir neçə dəqiqə davam edib.

***

05:42

Prezident Donald Tramp açıqlayıb ki, ABŞ-ın İranın üç nüvə obyektinə zərbə endirməsindən sonra yerli vaxtla saat 22:00-da (Bakı vaxtı ilə 07:00-da) xalqa müraciət edəcək.

Sizinxeber.az-nın verdiyi xəbərə görə, o, bunu “Truth” social şəbəkəsində yazıb.

“Bu, Amerika Birləşmiş Ştatları, İsrail və dünya üçün tarixi bir andır.”, - deyə o qeyd edib.

Tramp əlavə edib ki, İran artıq bu müharibəyə son qoymağa razı olmalıdır.

Xatırladaq ki, gecə ərzində ABŞ B-2 görünməz bombardmançıları vasitəsilə İranın Fordo nüvə obyektinə zərbə endirib.

Oxşar xəbərlər

ABŞ Prezidenti İrana hücumdan sonra xalqa müraciət edib
Tramp İranın uran zənginləşdirmə obyektlərinin tam məhv edildiyini açıqlayıb – YENİLƏNİB
Natanyahu ABŞ-ın İranın üç nüvə obyektini bombalamasının tarixi dəyişəcəyini deyib
Tramp ordunun İranı bombalamasından sonra artıq sülh vaxtı olduğunu deyib
KİV: İsrail ABŞ-dan İrana qarşı hücumlara qoşulmağı istəyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər