Qazaxıstan hakimiyyəti təyyarəmizə rus raketi ilə hücum iddiasını təsdiq və ya təkzib etmədi
sizinxeber.az xəbər saytı

Qazaxıstan hakimiyyəti təyyarəmizə rus raketi ilə hücum iddiasını təsdiq və ya təkzib etmədi


Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev "Tengrinews" portalına verdiyi açıqlamada, Aktau yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı araşdırmaların davam etdiyini bildirib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, hazırda media tərəfindən yayılan bəyanatlara rəsmi reaksiya vermək planlaşdırılmır, çünki bu məlumatların hansı mənbələrə əsaslandığı məlum deyil. “Bu günə qədər heç bir versiyanı nə təsdiq edə, nə də təkzib edə bilərik. Araşdırmalar davam edir,” – deyə Bozumbayev vurğulayıb.

O qeyd edib ki, sabah Qazaxıstana MDB Beynəlxalq Aviasiya Komitəsindən, Embraer şirkətindən və Braziliyanın aviasiya qurumlarından mütəxəssislər gələcək.

“Onlar Nəqliyyat Nazirliyimizin rəhbərlik etdiyi aviasiya hadisələrinin araşdırılması komissiyasına daxil ediləcək və öz fəaliyyətlərinə başlayacaqlar. Eyni zamanda, polis və prokurorluq kriminalistik ekspertizalar həyata keçirir,” – deyə Baş nazirin müavini əlavə edib.

Oxşar xəbərlər

Kanat Bozumbayev: Sabah “Embraer” şirkətinin nümayəndələrinin Aktauya gəlməsi gözlənilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstan Azərbaycan və Braziliya ilə birlikdə təyyarə qəzasını araşdıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstan baş nazirinin müavini: Hazırda təyyarə qəzasında 38 nəfərin öldüyü məlumdur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstan Senatının spikeri: Təyyarə qəzası ilə bağlı nəticə çıxarmaq hələ tezdir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər