İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi
İranın Ali Lideri Əli Xamenei ölüb.
Oxu.Az xəbər verir ki, məlumatı İranın dövlət televiziyası təsdiqləyib.
"Xamenei fevralın 28-i səhər saatlarında iqamətgahına endirilən aviazərbə nəticəsində öldürülüb", - dövlət televiziya kanalının efirində qeyd olunub.
Məlumata görə, Xamenei həlak olduğu anda öz iş yerində olub və xidməti vəzifələrini yerinə yetirirmiş.
Xameneinin ölümünü İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da təsdiqləyib.
Ayətullah Əli Xamenei 86 yaşında idi. O, 1989-cu ildən İranı idarə edib. Ali lider kimi şiə İslam Respublikasında hökumətin bütün qolları, ordu və məhkəmə sistemi üzərində ali səlahiyyətə malik olub.
Təxminən dörd onillik ərzində Xamenei regionda Körfəz boyunca yerləşən sünni müsəlman dövlətlərinə rəqib olan güc formalaşdırıb və eyni zamanda ətraf regionu narahat edən nüvə texnologiyalarını təşviq edib.
Oxşar xəbərlər
Tramp Xameneinin ölümünü rəsmən təsdiqləyib
Xamenei: İran İsrail və ABŞ üzərində qələbə qazandı - YENİLƏNİB
Xamenei qətlə yetirilib? - Çin mediası da təsdiqlədi
Xamenei: İsrail sərt şəkildə cəzalandırılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
