Xamenei: İran İsrail və ABŞ üzərində qələbə qazandı - YENİLƏNİB
İranın ali lideri ayətullah Əli Xamenei İsraillə münaqişədə qələbə münasibətilə İran xalqını təbrik edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə ali liderin mətbuat xidməti paylaşım edib.
O qeyd edib ki, İran ABŞ-ni də məğlub edib.
"ABŞ İranla müharibədə heç bir nəticə əldə etmədi. ABŞ İranla müharibəyə girdi, çünki Tehranla münaqişənin davam edəcəyi təqdirdə İsrailin tamamilə məhvə məhkum olduğunu anladı", - Xamenei qeyd edib.
Qeyd edək ki, iyunun 24-də İranın Ali Milli Təhlükəsizlik Şurası ölkənin İsraillə müharibədə qalib gəldiyini elan edib.
İranın ali lideri Əli Xamenei İsraillə münaqişənin və ABŞ-nin İranın nüvə obyektlərini bombalamasının başa çatmasından sonra ilk bəyanatını verməyi planlaşdırır.
“Sizinxeber.az”un məlumatına görə, bu barədə Xameneinin “X” sosial şəbəkəsindəki səhifəsində deyilir.
"İmam Xameneinin televiziya ilə müraciəti yaxın dəqiqələr ərzində yayımlanacaq", - paylaşımda qeyd olunub.
Oxşar xəbərlər
İranın ali lideri İsraillə münaqişədə qələbə münasibətilə xalqı təbrik edib - YENİLƏNİB
Xamenei: İsrail sərt şəkildə cəzalandırılacaq
Xamenei ABŞ-ın İranın nüvə proqramı ilə bağlı təklifini rədd edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
