Tramp: "Qrenlandiya ABŞ-yə "Qızıl Günbəz" sisteminin yerləşdirilməsi üçün lazımdır"
"Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanın ABŞ-yə təhvil verilməsindən imtina edilsə, Vaşinqton bunu yadda saxlayacaq".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.
"Dünyanı qorumaq üçün bir buz parçası istəyirik. Siz "bəli" deyə bilərsiniz və biz çox minnətdar olacağıq. Yaxud siz "yox" deyə bilərsiniz və biz bunu yadda saxlayacağıq", - o, Qrenlandiyanı nəzərdə tutaraq bildirib.
ABŞ prezidenti qeyd edib ki, Vaşinqton genişmiqyaslı "Qızıl Günbəz" raketdən müdafiə sisteminin yerləşdirilməsi üçün Qrenlandiyanın Danimarkadan təhvil alınmasını təmin etmək niyyətindədir.
ABŞ lideri vurğulayıb ki, Şimali Amerika qitəsinin təhlükəsizliyini təmin etmək üçün yeni raketdən müdafiə sisteminin yaradılması zəruridir. Onun sözlərinə görə, adada müdafiə elementlərinin yerləşdirilməsi xarici təhdidlərin qarşısını effektiv şəkildə alacaq və ABŞ müttəfiqlərini qoruyacaq.
O, Vaşinqtonun Qrenlandiyanın alınması ilə bağlı dərhal danışıqlara başlamaq niyyətində olduğunu bildirib.
"Bu, NATO üçün təhdid olmayacaq. Bu, bütün alyansın təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracaq", - Tramp vurğulayıb.
Prezident hesab edir ki, ABŞ NATO daxilində ciddi ədalətsiz münasibətlə üzləşir. O, adanın alınmasının yalnız ABŞ-yə fayda verməyəcəyini, həm də bütün Şimali Atlantika Alyansının strateji əhəmiyyətli bir bölgədəki mövqeyini gücləndirəcəyini deyib, bunun məntiqi bir addım olacağını bəyan edib.
Oxşar xəbərlər
Kanada “Qızıl günbəz”ə görə ABŞ-nin 51-ci ştatı ola bilər
Tramp: "Dəmir qübbə" sistemi 60 gün ərzində hazırlanmalıdır - YENİLƏNİB
Politico: Tramp “Qızıl günbəz” layihəsinin həyata keçirilməsi üçün 25 milyard dollar ayıracaq
Tramp: ABŞ "Qızıl Qübbə" raketdən müdafiə sistemi qurmalıdır
KİV: Tramp "Qızıl qübbə" layihəsinin üç variantını nəzərdən keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












