Zakir Həsənov Tel-Əvivdə İsrail müdafiə naziri ilə görüşüb - YENİLƏNİB
Azərbaycan-İsrail hərbi əməkdaşlığı inkişaf etdirilir
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər heyəti İsrailin Tel-Əviv şəhərində rəsmi səfərdədir.
Azərbaycan MN-dən Sizinxeber.az-ya verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin müdafiə naziri cənab İsrael Katz və Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir ilə görüşüb.
Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasının xüsusi vurğulandığı görüşlərdə hərbi əməkdaşlığın inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və perspektiv planlar
Rəsmi səfər zamanı Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov ilə İsrail Müdafiə Nazirliyinin Baş direktoru Amir Baram arasında keçirilən görüşdə hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və perspektiv planlardan danışılıb.
Nazirliyin rəhbər heyəti, həmçinin İsrail Müdafiə Qüvvələrinin Baş Əməliyyat Mərkəzini ziyarət edərək burada görülən işlərlə tanış olub.
***
16.41
Zakir Həsənov İsrailə səfər edib
İsrailin müdafiə naziri İsrail Katz Tel-Əvivdə azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənov ilə görüşüb.
Sizinxeber.az xəbər verir ki, bu barədə “Times of Israel’ İsrail Müdafiə Qüvvələrinə istinadən məlumat yayıb.
Azərbaycan və İsrail arasında müdafiə sahəsində əməkdaşlıq
Görüş zamanı Katz iki ölkə arasında dərin strateji müttəfiqliyi yüksək qiymətləndirib, ortaq maraqlar və qarşılıqlı etimadın əhəmiyyətini vurğulayıb.
Tərəflər müdafiə sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib.
İsraillə Türkiyə arasında vasitəçilik səylərinə görə Azərbaycana təşəkkür
İsrail müdafiə naziri HAMAS-ın 7 oktyabr hücumundan sonra dəstəyə, eləcə də, İsraillə Türkiyə arasında vasitəçilik səylərinə görə Azərbaycana təşəkkür edib.
Azərbaycanıın "Eurovision"da İsrailə 12 xal verməsi
Katz Azərbaycanıın "Eurovision" yarışmasında İsrailə 12 xal verməsini iki hökumət və xalq arasında əsl dostluq əlaməti adlandırıb.
Elnur Babayev


width="220" alt="Zakir Həsənov İtaliya müdafiə naziri ilə görüşüb" />
width="220" alt="Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />