Hərbi qulluqçulara mənzillər verilib
sizinxeber.az xəbər saytı

Hərbi qulluqçulara mənzillər verilib


Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" müvafiq Fərmanının icrasının təmin edilməsi məqsədilə hərbi qulluqçulara daimi mənzillərin verilməsi üzrə həyata keçirilən fəaliyyətlər davam etdirilir.

Sizinxeber.az xəbər verir ki, 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş bir qrup hərbi qulluqçuya (hərbi xidmətdə olan, ehtiyata buraxılmış hərbi qulluqçulara və ya onların varislərinə) Sumqayıt şəhərində yerləşən MİDA Yaşayış Kompleksindəki mənzillər təqdim olunub.

Qeyd edək ki, mənzil təminatı proqramı mərhələli şəkildə həyata keçirilir və hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər bundan sonra da davam etdiriləcək.

Oxşar xəbərlər

901 nəfər hərbi qulluqçu mənzil növbəsinə qəbul edilib
МN hərbi əməkdaşlarının rütbəyə görə maaşlarının məbləği təsdiq edilib
Zakir Həsənov və Hikmət Mirzəyev Ermənistanla şərti sərhəd istiqamətində xidmət edən hərbi qulluqçularla görüşüblər - FOTO
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
Müdafiə Nazirliyinin rəhbərliyi Zəfər Günü ilə bağlı hərbi polis bölməsində olub - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər