Azərbaycan Ordusunun mövqeləri Ermənistandan atəşə tutulub
Mayın 10-u saat 09:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Sizinxeber.az xəbər verir ki, bundan başqa, Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış evinin zədələnməsi barədə tamamilə yalan və dezinformasiya məqsədi daşıyan məlumat yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və növbəti təxribatlarına zəmin yaratmağa cəhd edir.
Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri heç vaxt mülki əhaliyə və obyektlərə atəş açmır.
Bölmələrimiz tərəfindən yalnız qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Oxşar xəbərlər
Müdafiə Nazirliyi: Ermənistan MN növbəti təxribata zəmin yaratmağa cəhd edir
MN: Mədəniyyət mərkəzinə atəş açılması barədə Ermənistanın yaydığı məlumat yalandır
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
MN: Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub
MN: Azərbaycan Ordusunun guya Xanazax yaşayış məntəqəsini atəşə tutması barədə Ermənistanın məlumatı tamamilə yalandır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













