Aİ-nin Ermənistandakı müşahidəçiləri Zəngilanla sərhəddə müşahidə aparıb - FOTO - VİDEO
sizinxeber.az xəbər saytı

Aİ-nin Ermənistandakı müşahidəçiləri Zəngilanla sərhəddə müşahidə aparıb - FOTO - VİDEO


Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasının üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər.

APA xəbər verir ki, avropalı müşahidəçilər mayın 2-də Zəngilan rayonu ilə həmsərhəd əraziyə gəliblər. Onlar avtomobillərlə yol boyu hərəkət edib, binoklla Azərbaycan ərazilərini müşahidə ediblər.

Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini nəzarət altında saxlayıb və qeydə alıb.

Xatırladaq ki, Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır. Bu barədə Azərbaycan mətbuatında məlumatlar və görüntülər yayılır.

APA da Azərbaycanın bəzi rayonları ilə həmsərhəd ərazidə avropalı müşahidəçilərin fəaliyyəti barədə bir neçə dəfə məlumatgörüntülər yayıb.

Qeyd edək ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı daha iki il - 19 fevral 2027-ci ilədək uzadılıb.

Oxşar xəbərlər

Aİ-nin Ermənistandakı Müşahidə Missiyası Qubadlı və Laçınla sərhəddə növbəti dəfə müşahidə aparıb
Aİ-nin Ermənistandakı Müşahidə Missiyası Qubadlı və Laçınla sərhəddə növbəti dəfə müşahidə aparıb - VİDEO
Aİ-nin Ermənistandakı Müşahidə Missiyasının üzvləri Qubadlı ilə sərhəddə müşahidə aparıb - VİDEO
Ermənistandakı Aİ müşahidəçiləri Qazaxla həmsərhəd ərazidə müşahidə aparıb - FOTO - VİDEO
Aİ Müşahidə Missiyası Qubadlı ilə sərhəddə Azərbaycan ərazilərinin müşahidəsini aparıb - FOTO - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər