Cənubi Sudanda təhlükəsizlik missiyasında xidmət edən Azərbaycan zabiti təltif edilib
sizinxeber.az xəbər saytı

Cənubi Sudanda təhlükəsizlik missiyasında xidmət edən Azərbaycan zabiti təltif edilib


Birləşmiş Millətlər Təşkilatının (BMT) himayəsi altında Cənubi Sudan Respublikasında həyata keçirilən beynəlxalq təhlükəsizlik missiyasında (UNMISS) hərbi müşahidəçi qismində xidmət edən Azərbaycan Ordusunun hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirirlər.

Sizinxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunan missiyada xidməti vəzifələrini nümunəvi şəkildə yerinə yetirdiyinə görə mayor Qaragözov Mehman Həmdiyə oğlu UNMISS-in Təhlükəsizlik Qüvvələrinin komandanı general-leytenant Mohan Subramanian tərəfindən medal və fəxri fərmanla təltif edilib.
Uzunmüddətli patrul üzvlərinin münaqişə zonasından şəxsi təhlükəsizliyini nəzərə almadan, böyük cəsarət və şücaət nümayiş etdirərək uğurla çıxarılmasını təmin etdiyinə, bununla da nümunəvi sədaqət göstərdiyinə görə mayor M.Qaragözova sertifikat təqdim olunub.
Qeyd edək ki, 2018-ci il noyabrın 30-da Azərbaycanın 4 nəfərdən ibarət hərbi heyətinin BMT-nin sülhməramlı missiyasının komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı qəbul olunub.

Oxşar xəbərlər

Azərbaycan sülhməramlısı Cənubi Sudanda fəaliyyətinə görə təltif edilib
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda səfərdədir
Prezidentin Təhlükəsizlik Xidmətinin bir qrup hərbi qulluqçusu təltif edilib
Azərbaycan Ordusunun hərbçisi İngiltərədə təltif edilib
Azərbaycan Ordusunun helikopterləri döyüş hazırlığı məşqləri keçirib - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər