Azərbaycan Ordusunda radiasiya, kimyəvi və bioloji mühafizə bölmələri ilə taktiki-xüsusi təlim keçirilib
sizinxeber.az xəbər saytı

Azərbaycan Ordusunda radiasiya, kimyəvi və bioloji mühafizə bölmələri ilə taktiki-xüsusi təlim keçirilib


Azərbaycan Ordusunda cari ilin hazırlıq planına əsasən, radiasiya, kimyəvi və bioloji mühafizə bölmələrinin şəxsi heyəti ilə səhra şəraitində taktiki-xüsusi təlim keçirilib.

"Sizinxeber.az"un Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, ssenariyə uyğun olaraq, təlimə cəlb olunan bölmələr döyüşə hazırolma dərəcəsinə gətirilib, döyüş təyinatı rayonuna çıxarılıb.

"Təlimdə müdafiə əməliyyatının radiasiya, kimyəvi və bioloji mühafizə tapşırıqlarının planlaşdırılması, bölmələrə tapşırıqların çatdırılması üzrə praktiki fəaliyyətlər məşq etdirilib. Radiasiya və kimyəvi kəşfiyyat bölmələrinin qüvvələri ilə mövcud şəraitin izlənilməsi və qiymətləndirilməsi həyata keçirilib, şərti düşmənin kütləvi qırğın silahı tətbiq etməsinə hazırlığı vaxtında aşkar edilərək qabaqlayıcı tədbirlər görülüb, həmçinin radiasiya, kimyəvi və bioloji çirklənmə şəraitində fəaliyyət göstərən bölmələrin təhlükəsizliyi təmin edilib", - xəbərdə deyilir.

Nazirlikdən bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd komandirlərin bilik və bacarıqlarını təkmilləşdirmək, həmçinin döyüşün hərtərəfli təminatı və qarşılıqlı fəaliyyətin təşkilində təcrübə qazanmalarına imkan yaratmaqdır.

Oxşar xəbərlər

AQTA-dan bu məhsulla bağlı xəbərdarlıq: Kimyəvi maddə...
Azərbaycan xüsusi təyinatlılarının təlimindən yeni görüntülər - VİDEO
Ölkəyə qanunsuz yollarla gətirilən kökəldici dərmanla bağlı XƏBƏRDARLIQ
Komando bölmələri ilə məşğələlər keçirilir - FOTO
Həkim Azər Maqsudovun məhkəməsi başlayıb 

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər