İnsan qalıqlarının məhkəmə-tibbi bərpası üzrə standartların hazırlanması təklif olunur
Skeletləşmiş, qarışmış, yandırılmış və parçalanmış insan qalıqlarının məhkəmə-tibbi bərpası üzrə standartların hazırlanması və tətbiqi təklif olunur.
Sizinxeber.az xəbər verir ki, bu, Beynəlxalq İtkın Düşmüş Şəxslər Komissiyasının Qiymətləndırmə Hesabatı”nda əksini tapıb.
Qeyd edilib ki, insan Qalıqlarının Aşkarlanması, Ekshumasiya və Bərpa Proseslərinin Təkmilləşdirilməsi Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı araşdırılması lazım olan təxminən 200 məkanın siyahısına malikdir. Aşağıdakı tövsiyələr bu sahədə prosedurların təkmilləşdirilməsinə yönəlib:
-Qarabağ ərazilərində minatəmizləmə prosesini sürətləndirmək;
-Kütləvi məzarlıqların və şübhəli ərazilərin müəyyənləşdirilməsi üçün peyk görüntüləri əsasında araşdırmalar aparmaq;
-Mövcud sahə qeydiyyat formalarının məhkəmə arxeologiyası üzrə ən yaxşı təcrübələrə uyğun olaraq yenidən nəzərdən keçirilməsi və optimallaşdırılması;
-Xüsusilə qarışmış və parçalanmış qalıqların aşkarlanması zamanı qazıntı prosesinin auditi aparmaq və mümkün boşluqları müəyyənləşdirmək;
-IAEA və Məhkəmə-Tibbi Ekspertiza Birliyi əməkdaşlarının məhkəmə arxeologiyası və fəlakət qurbanlarının identifikasiyası (DVI) sahəsində strateji təlim proqramının hazırlanması və icrasını təmin etmək.
Oxşar xəbərlər
Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımızla bağlı görülən işlərdə xeyli irəliləyiş əldə olunub
Kamran Əliyev: Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımızla bağlı görülən işlərdə xeyli irəliləyiş əldə olunub
Ermənistan və Azərbaycan arasında itkinlərlə əlaqədar DNT Müqayisə Mexanizminin yaradılması təklif olunur
Beynəlxalq konfrans iştirakçıları və diplomatlar Ağdərənin Sırxavənd kəndindəki kütləvi məzarlığa baxış keçiriblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hemant Mistri: Hörmüzün bağlanması ekoloji təmiz aviasiya yanacağının qiymətinin artmasına səbəb olub
-
Çin Tayvan sahillərində xüsusi əməliyyata başladığını elan edib
-
I və IV qruplar üzrə qəbul imtahanı keçirilib, 10 nəfərdə telefon aşkarlanıb
-
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında ikinci görüşünü keçirəcək
-
IATA 2030-cu ilə qədər SAF istehsalı üzrə bir çox layihənin reallaşacağına şübhə ilə yanaşır
-
FHN-in Sumqayıt Regional Mərkəzi “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyini keçirib
