BƏƏ Prezidenti Azərbaycanın istehsal etdiyi hərbi məhsullarla tanış olub
sizinxeber.az xəbər saytı

BƏƏ Prezidenti Azərbaycanın istehsal etdiyi hərbi məhsullarla tanış olub


Fevralın 19-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Əbu-Dabi şəhərində keçirilən “IDEX 2025” Beynəlxalq Müdafiə Sərgisində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin stendini ziyarət edib.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Bildirilib ki, müdafiə sənayesi naziri Vüqar Mustafayev BƏƏ prezidentinə sərgidə nümayiş olunan Azərbaycanın istehsal etdiyi hərbi məhsullar haqqında ətraflı məlumat verib. Dövlət başçısı “IDEX 2025” Beynəlxalq Müdafiə Sərgisində fəal iştirak edən Azərbaycanın nümayəndə heyətinə uğurlar arzulayıb.

Daha sonra İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto Azərbaycan istehsalı olan müdafiə təyinatlı məhsullarla tanış olub. Nazirə yerli məhsullar haqqında geniş məlumat verilib.

Qeyd edək ki, bu gün sərgi çərçivəsində nazir V.Mustafayev BƏƏ-nin müdafiə işləri üzrə dövlət naziri Məhəmməd bin Mübarək Fadel Əl Mazrouei, “EDGE Group” şirkətinin İdarə Heyətinin sədri Faysal Əl Bannai, “Tawazun” şurasının baş katibi Nasser Al Nuaimi və Çin Xalq Respublikasinin “CETC International” şirkətinin rəhbərliyi ilə görüşüb.

Görüşlərdə müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib, maraq doğuran məsələlər ərtafında fikir mübadiləsi aparılıb.

“IDEX 2025” Beynəlxalq Müdafiə Sərgisi fevralın 21-dək davam edəcək.

Oxşar xəbərlər

Azərbaycanla Belarus arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib
Azərbaycan silahları “IDEX-2025” sərgisində nümayiş olunur - YENİLƏNİB
Azərbaycan müdafiə nazirinin müavini IDEX sərgisində iştirak edir
Müdafiə Nazirliyinin baş direktoru Abu Dabidə IDEX sərgisində iştirak edir, görüşlər keçirir
Vüqar Mustafayev “SOFEX 2024” sərgisində iştirak edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle