

Xəzərdə keçirilən "Dalğa-2024" birgə taktiki təlimi başa çatıb - VİDEO
Hərbi Dəniz Qüvvələri (HDQ) və Fövqəladə Hallar Nazirliyinin (FHN) şəxsi heyət və vasitələrinin cəlb edilməsi ilə Xəzər dənizinin ərazi sularında keçirilən "Dalğa-2024" birgə taktiki təlimi müvəffəqiyyətlə başa çatıb.
Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, təlimdə dənizdə şərti platformada baş vermiş qəzanın aradan qaldırılması məqsədilə gəmilər dislokasiya məntəqəsini tərk edib, birgə komanda məntəqəsində vertolyot, gəmi və katerlərlə tapşırıq üzrə uzlaşma aparılıb, qəza rayonuna lazımi köməkliyin göstərilməsi üzrə tapşırıqlar yerinə yetirilib.
Həmçinin baş vermiş yanğının lokallaşdırılması, axtarış-xilasetmə əməliyyatlarının və platformanın sualtı hissəsində dalğıc baxışının keçirilməsi, qəza növbətçiliyinin təşkili, eləcə də digər fəaliyyətlər icra olunub.
Birgə taktiki təlimdə HDQ və FHN gəmi və şəxsi heyəti qarşıya qoyulmuş tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər.
Oxşar xəbərlər
"Dalğa-2024" birgə taktiki təlimi başa çatıb
“Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib - VİDEO
Azərbaycan komandoları şərti düşmənin müvəqqəti sığınacaqlarını zərərsizləşdirib - FOTO
Hərbi vəzifəlilərin təlim toplanışları davam edir - VİDEO
Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın vəziyyəti müzakirə edilib, yekun protokol imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İmamoğluya qarşı əməliyyatın səbəbi: milyonlar sayılır - Video
-
Lənkəranda məktəblilər Novruz bayramını coşqu ilə qeyd etdilər
-
Ağdərənin Sırxavənd kəndində insana məxsus olduğu ehtimal edilən sümüklər tapılıb
-
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə Birbank da qoşulub
-
Rusiyaya indiyə kimi nə qədər sanksiya tətbiq edildiyi açıqlanıb
-
Təhlükəli yüklərin mülki hava gəmilərində daşınması Qaydaları təsdiqlənib
