Gənclər Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
sizinxeber.az xəbər saytı

Gənclər Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən 2 fevral – Gənclər Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə bayram tədbirləri keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib.

Tədbirlərdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər Gənclər Gününün təntənəli surətdə qeyd olunmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, Ümummilli Liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasının qoyulduğunu və bu gün də həmin siyasətin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi vurğulayıblar.

Tədbirlərdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi, eləcə də rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri şəxsi heyət qarşısında maraqlı proqramlar ilə çıxış ediblər.

Oxşar xəbərlər

Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Əsgərlərimiz and içdi
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyev və Cəmil Nəcəfovun anım mərasimləri keçirilib
Azərbaycan hərbçiləri 31 Mart Soyqırım qurbanlarının xatirəsini yad ediblər
Azərbaycan Ordusunda təlim-metodiki toplantı keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər