Zakir Həsənov "Mərakeş Aviaşou 2024" sərgisinin açılış mərasimində iştirak edib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Mərakeşə işgüzar səfəri davam edir.
Sizinxeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Mərakeş Krallığının Hökumət Başçısı yanında Milli Müdafiə Administrasiyası üzrə səlahiyyətli naziri Abdellatif Ludiyinin dəvəti ilə bu ölkədə işgüzar səfərdə olan general-polkovnik Zakir Həsənov "Mərakeş Aviaşou 2024" sərgisinin təntənəli açılış mərasimində iştirak edib.
Müxtəlif dövlət rəsmiləri və beynəlxalq şirkətlərin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Mərakeş Krallığının hökumət başçısı və digər rəsmilər çıxış ediblər.
Çıxışlardan sonra "Mərakeş Aviaşou 2024" sərgisi ziyarət olunub.
General-polkovnik Z.Həsənov dünyanın aparıcı beynəlxalq şirkətlərinin təmsil olunduğu sərgidə təqdim edilən hərbi aviasiya, qlobal aeronavtika və kosmik sənaye innovasiyaları ilə tanış olub.
Noyabrın 2-dək davam edəcək sərgi çərçivəsində müdafiə sənayesindəki texnoloji yeniliklər, davamlı strategiyanın inkişaf etdirilməsi, pilotsuz uçuş aparatlarının təkmilləşdirilməsi və digər mövzularda panel müzakirələri aparılacaq.
Oxşar xəbərlər
Azərbaycan ilə Mərakeş arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanıb
Zakir Həsənov Mərakeşdə işgüzar səfərdədir, hərbi əməkdaşlıq haqqında saziş imzalanıb
Müdafiə naziri Zakir Həsənov Türkiyəyə səfər edib
Zakir Həsənov "Mərakeş Aviaşou 2024" sərgisinin açılışında iştirak edib
Zakir Həsənov Qırğızıstana rəsmi səfər edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
AZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatıb
