İtaliyada Trans-Regional Dəniz Gücü Simpoziumu keçirilib
İtaliyanın Venesiya şəhərində 14-cü Trans-Regional Dəniz Gücü Simpoziumu keçirilib.
Bu barədə "Sizinxeber.az"a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, simpoziumun əsas gündəliyi dənizaltı mühitin qorunması və təhlükəsizliyin təmin edilməsi üçün ölkələrin bu sahədə öhdəliklərə təşviq edilməsi məqsədini daşıyır.
İtaliya Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Enriko Kredendinonun dəvətinə əsasən, Azərbaycan Respublikasının İtaliyadakı hərbi attaşelik aparatının nümayəndəsi də tədbirdə iştirak edib.
Tədbirin açılış mərasimində İtaliya Respublikasının müdafiə naziri cənab Quido Krosetto çıxış edərək qonaqları salamlayıb.
Trans-Regional Dəniz Gücü Simpoziumunda yüzə yaxın ölkənin Hərbi Dəniz Qüvvələrinin komandanı, eləcə də dörd yüzədək dəniz təşkilatının nümayəndəsi iştirak edib.
Oxşar xəbərlər
Kərim Vəliyev İtaliyanın müdafiə naziri ilə görüşüb
Bolqarıstan sularında 13 ölkənin iştirakı ilə hərbi təlimlər keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
