Azərbaycan müdafiə nazirinin müavini “SAHA EXPO 2026” sərgisində iştirak edib
Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti “SAHA EXPO 2026” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfər edib.
Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, səfər çərçivəsində nazir müavini Türkiyənin milli müdafiə naziri Yaşar Güler, Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakerlə görüşüb.
Keçirilən görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Sonra nümayəndə heyəti sərgidə dünyanın aparıcı beynəlxalq şirkətlərinin istehsalı olan hərbi aviasiya, qlobal aeronavtika, süni intellektlə dəstəklənən innovasiyalar və kosmik tədqiqatlara aid nümunələrlə tanış olub.
Baş direktor Almaniya, Sudan, Birləşmiş Krallıq, Vyetnam və İtaliya müdafiə nazirliklərini və hərbi sənayə komplekslərini təmsil edən nümayəndə heyətlərinin, eləcə də “ASELSAN”, “Baykar”, “Roketsan”, "TUSAŞ" və "ARCA Savunma" şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüşlərdə hərbi-texniki əməkdaşlığa dair maraq doğuran məsələlər müzakirə olunub.
Qeyd edilib ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC sərgidə ölkəmizi stendlə təmsil edib.
Oxşar xəbərlər
Müdafiə Nazirliyinin rəhbərliyi “SAHA EXPO 2024” sərgisinin açılış mərasimində iştirak edib
Azərbaycan müdafiə nazirinin müavini IDEX sərgisində iştirak edir
Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb, əməkdaşlığa dair müqavilələr imzalanıb - VİDEO
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
Azərbaycan-Çin hərbi-texniki əməkdaşlığı müzakirə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
