Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi keçirilib
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, hərbi institutda keçirilən mərasimdə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti, müəllimlər, məzunlar, valideynlər, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin hərbi institutun ərazisində ucaldılan abidəsi, eləcə də institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının Xatirə kompleksi ziyarət olunub, qarşısına qızılgüllər düzülərək xatirələri hörmətlə yad edilib.
Hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni səsləndirilib. Heydər Əliyev adına Hərbi İnstitutun Döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib.
General-polkovnik Zakir Həsənov çıxış edərək mərasim iştirakçılarını təbrik edib, onlara Azərbaycan xalqına, dövlətinə, qalib Azərbaycan Ordusuna və Ali Baş Komandana layiqli zabit olmağı arzulayıb.
Gənc zabitlər də öz növbəsində onlara göstərilən etimadı doğruldacaqlarına, Vətənə, dövlətə və xalqa layiqincə xidmət edəcəklərinə, hərbçi şərəfini hər zaman uca tutacaqlarına söz veriblər.
General-polkovnik Zakir Həsənov hərbi təhsil müəssisəsini fərqlənmə ilə bitirən məzunlara diplom və qiymətli hədiyyələr təqdim edib. Sonra Heydər Əliyev adına Hərbi İnstitutun Döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirilib. Yaş kötüyünə simvollar vurulub. Heydər Əliyev adına Hərbi Institutun məzunlarına diplomlar təqdim olunub.
Kursantlar hərbi orkestrin müşayiəti ilə hərbi institutun marşını ifa ediblər.
Təntənəli mərasimin sonunda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.
Foto: Vüqar Xanlarov
Oxşar xəbərlər
Polşa nümayəndə heyəti Hərbi İnstitutda olub
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
Kərim Vəliyev Heydər Əliyev adına Hərbi İnstitutda olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
-
Şimali Koreya lideri yeni esminesin dəniz sınaqlarını yoxlayıb
-
DİN: Ötən gün 10 silah aşkarlanaraq götürülüb
-
Azərbaycanda ilk qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası Ağstafada istifadəyə verilib
-
Finlandiya immiqrantlar üçün işsizlik müavinətlərini azaltmağı planlaşdırır
-
Almaniya ilə Azərbaycan "yaşıl hidrogen" üzrə yeni layihə hazırlayır - EKSKLÜZİV
