Azərbaycan Ərzurumda İƏT-in Turizm nazirlərinin 6-cı iclasında iştirak edib
- 28-04-2025, 14:30
- Turizm
- 0
- 908
Azərbaycan aprelin 25-26-da Türkiyənin Ərzurum şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm nazirlərinin 6-cı iclası və İƏT-in turizm üzrə yüksək səviyyəli ekspertlərinin 8-ci iclasında iştirak edib.
"Report" bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, agentliyin sədri Fuad Nağıyev son illərdə İƏT ilə turizm sahəsi üzrə aparılan əməkdaşlığın gücləndirilməsi və ölkəmizin ev sahibliyi ilə təşkil edilmiş İƏT tədbirləri barədə məlumat verib, Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı seçilməsi çərçivəsində planlaşdırılan işlərdən bəhs edib.
İclas zamanı Şuşanın turizm potensialını əks etdirən təbliğat videosu nümayiş etdirilib.
Səfər çərçivəsində F.Nağıyev və Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında görüş təşkil olunub. Görüşdə Azərbaycan və Türkiyə arasında turizm sahəsində əlaqələrin gücləndirilməsi üçün mümkün perspektivlər müzakirə edilib, qarşılıqlı turist mübadiləsinin artırılması üçün iki ölkə arasında mövcud uçuşların artırılması və bu sahədə əməkdaşlıq mexanizmlərinin inkişafının zəruriliyi qeyd olunub. F.Nağıyev M.N.Ersoyu iyunun 4-6-da Azərbaycanın ev sahibliyi ilə keçiriləcək "BMT Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclası"nda iştirak etməyə dəvət edib.
Həmçinin iclas çərçivəsində nümayəndə heyətlərinin başçılarının iştirakı ilə hər bir İƏT üzv dövləti üçün nəzərdə tutulmuş stendlər qarşısında ağacəkmə aksiyası keçirilib.
Bununla yanaşı, İƏT-in üzv dövlətlərinin nümayəndə heyətləri aprelin 26-da "Ağıllı Dünyada Ədalətli Gələcək: Ağıllı İqtisadiyyatlar və Qlobal Bərabərsizlik" mövzusunda Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım və bir çox nazirin iştirakı ilə keçirilən Palandökən İqtisadi Forumunun açılış mərasimində və panel sessiyalarda iştirak edib.


width="220" alt="Türkiyənin mədəniyyət və turizm naziri sabah Bakıya gəlir" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />