Çin şirkəti 2027-ci ildə kosmosa səyahət üçün ilk biletləri satıb
Çinin “Deep Blue Aerospace” özəl kosmik şirkəti 2027-ci ilə planlaşdırılan kosmosa səyahət üçün ilk iki bileti satıb.
“Report” xəbər verir ki, bu barədə Honkonqda dərc edilən “South China Morning Post” nəşri yazıb.
“İlk sərnişinlər təxminən 12 dəqiqə davam edəcək səyahətə çıxacaqlar və bu səfər zamanı onlar kosmosda azı 5 dəqiqə çəkisizlik yaşayacaqlar”, - qəzet yazıb.
Şirkət cümə axşamı Çinin “Taobao” onlayn mağazasında canlı yayım zamanı hər biri 1,5 milyon yuan (210 min ABŞ dolları) dəyərində olan iki bileti satışa çıxarıb və onlar 4 dəqiqəyə alınıb. Şirkət gələn ay daha bir neçə bilet satmağı planlaşdırdığını bildirib.
2027-ci ildəki uçuş zamanı raket kosmik məkana çatacaq, lakin Yer orbitinə çıxmayacaq. “Deep Blue Aerospace” şirkəti kommersiya məqsədli kosmos turizmini rəsmi olaraq işə salmazdan əvvəl kosmos səyahətinin təhlükəsizliyini və etibarlılığını təmin etmək məqsədilə növbəti iki il ərzində onlarla sınaq uçuşu həyata keçirəcək.
Oxşar xəbərlər
Honkonq polisi reyd zamanı yarım tondan çox kokain ələ keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
DÇ-2026: İordaniya - Əlcəzair oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR-2
