Bakı hindistanlı turistlərin üstünlük verdikləri istiqamətlər sırasında ilk üçlükdə qərarlaşıb
- 30-08-2024, 17:30
- Turizm
- 0
- 1 337
Bakı hindistanlı turistlərin üstünlük verdikləri istiqamətlər sırasında ilk üçlükdə qərarlaşıb.
"Sizinxeber.az" Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, bu, metaaxtarış mühərriki funksiyasını daşıyan, aviabiletlərin alınması, hotel və avtomobil icarəsini müqayisəli formada əlçatan edən “Skyscanner” platformasının bu il üzrə yayımladığı səyahət trendləri hesabatında hindistanlı turistlərin səyahət davranışı və tərcihləri haqqında məlumat və tendensiyalar əksini tapıb.
Platformanın hesabatına əsasən, Bakı şəhəri hindistanlı turistlər arasında populyar istiqamətlərdən biridir və çox axtarılan istiqamətlər siyahısında üçüncü yerdə qərarlaşır. Belə ki, platformada Bakı şəhəri üzrə axtarış marağı 438 % artıb. Birinci və ikinci sırada isə müvafiq olaraq Vyetnamın Da Nanq, Qazaxıstanın Almatı şəhəri yer alır.
Hesabatda bildirilir ki, Hindistandan Bakıya aviareyslərin qiymətlərində də 22 % ucuzlaşma qeydə alınıb və bu, Bakını hindistanlı turistlər üçün əlçatan istiqamətlərdən birinə çevirir.
Həmçinin hesabata görə, hindistanlı səyahətçilərin 86 %-i bu il 2023-cü illə müqayisədə eyni sayda və ya daha çox xaricə səyahət etməyi, 63 %-i səyahətə ötən ildən daha çox büdcə ayırmağı planlaşdırır. Onların 43 %-i destinasiyanın cəlbediciliyini və atmosferini mühüm amil kimi qiymətləndirirlər. Səyahət zamanı ediləcək ən məşhur fəaliyyətlərə gəldikdə isə alış-veriş (49 %), tarixi turlar (45 %) və yerli yeməklərin dadına baxmaq (38 %) prioritetdir.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 139 109 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 151 % artımdır.


alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />