Türkiyə İran, Azərbaycan və Gürcüstan arasında beynəlxalq turist qatarının təşkilini planlaşdırır
Türkiyə Dövlət Dəmir Yolları (TCDD) İran, Azərbaycan və Gürcüstan arasında beynəlxalq turist qatarının təşkilini planlaşdırır.
“Report” bu barədə Türkiyə mətbuata istinadən xəbər verir.
"Bunun həyata keçirildiyi təqdirdə, Türkiyədən başlayacaq səfərlər bu ölkələrdəki şəhərlərdə başa çatacaq. Turist qatarlarının ilin bütün aylarında həyata keçirilməsi planlaşdırılır", - məlumatda deyilir.
Türkiyə dəmir yollarındakı turistik qatar xətlərini çeşidləndirərək sayını artırır. Şərq Ekspresi, Diyarbəkir Ekspresi, Qərbi Qara dəniz (Duz) Ekspresi və Tatvan Ekspresi ilə turizmə töhfə verən TCDD, yeni qatar marşrutlarını səyahətsevərlərin marağına təqdim etməyə hazırlaşır. Belə ki, Konya-Adana Toros Ekspresi, Adana-Qaziantep Qastronomiya Ekspresi, Göllər Ekspresi və Efes Ekspresinin 2025-ci ildə həyata keçirilməsini planlaşdırır. Bununla da Türkiyə daxili turist ekspress xətlərinin sayı 8-ə çatdırılacaq.
Oxşar xəbərlər
Azərbaycana Hindistandan turist axını 3 dəfəyə yaxın artıb
Azərbaycana turist axını 31% artıb
Prezident Azərbaycanla Çin arasında imzalanmış sənədi təsdiqləyib
Azərbaycandan turist axını 23 % artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
