Air Serbia Bakı və Belqrad arasında birbaşa uçuşlara başlayıb
sizinxeber.az xəbər saytı

Air Serbia Bakı və Belqrad arasında birbaşa uçuşlara başlayıb


Air Serbia Bakı və Belqrad arasında birbaşa aviareysin açıldığını rəsmi şəkildə elan edib. APA xəbər verir ki, bu barədə Air Serbia sosial mediada paylaşım edib.

Bu yeni marşrut Azərbaycan və Serbiya arasında əməkdaşlığın inkişafında yeni mərhələ kimi qiymətləndirilir.

Uçuşlar həftədə iki dəfə həyata keçiriləcək: Belqraddan çərşənbə və bazar günləri, Bakıdan isə cümə axşamı və bazar günləri planlaşdırılıb.

Belqraddan ilk reysin yola salınması mərasimində Azərbaycanın Serbiyadakı səfiri Kamil Həsənov, Serbiya hökumətinin nümayəndələri — tikinti, nəqliyyat və infrastruktur naziri Aleksandra Sofroniyeviç, idman naziri Zoran Qayiç, mədəniyyət naziri Nikola Selakoviç, eləcə də Air Serbia rəhbərliyi, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Oxşar xəbərlər

Belqrad və Bakı arasında birbaşa uçuşlar başlayıb
Nikola Selakoviç mayın əvvəlində Azərbaycana səfər edəcək
AZAL Bakıdan Təbrizə birbaşa uçuşlara başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər