Azərbaycandan turist axını 3 %-ə yaxın azalıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
avq
2025
16:30
0
0
7 570

Azərbaycandan turist axını 3 %-ə yaxın azalıb

19 avq, 2025
16:30
7 570

Azərbaycandan turist axını 3 %-ə yaxın azalıb

Bu ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 % azalaraq 1 milyon 188,9 min nəfər olub.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, vətəndaşlarının 40,6 faizi Türkiyəyə, 15,7 faizi Rusiyaya, 11,2 faizi Gürcüstana, 8,9 faizi İrana, 23,6 faizi digər ölkələrə səfər edib, 64,7 faizini kişilər, 35,3 faizini qadınlar təşkil edib.

1 il əvvələ nisbətən İrana gedənlərin sayı 0,8 faiz, Gürcüstana gedənlərin sayı 25,9 faiz artıb, Türkiyəyə gedənlərin sayı 4,2 faiz, Rusiyaya gedənlərin sayı isə 28,5 faiz azalıb.

Azərbaycan vətəndaşlarının 69,8 faizi hava, 28,2 faizi dəmir yolu və avtomobil, 2,0 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Bizimlə əlaqə saxlayın