Marga Wellness” və “Dreamland” məşhurları Bakıda bir araya gətirib
sizinxeber.az xəbər saytı

Marga Wellness” və “Dreamland” məşhurları Bakıda bir araya gətirib


"Dreamland"də fəaliyyət göstərən “Marga Wellness” mərkəzinin təşkilatçılığı ilə “Marga Baku Longevity Weekend” adlı möhtəşəm sağlamlıq tədbiri keçirilib.

Tədbirdə Türkiyənin tanınmış simaları — Tuba Ünsal, Nəsrin Cavadzade, Saadet Işıl Aksoy, Ege Kökenli və azad dalğıc üzrə dünya rekordu sahibi Şahika Ercümen iştirak etdilər. Azərbaycandan isə fəxri qonaq qismində tanınmış sənətçilər Nadir Rüstəmli və Tunzalə Ağayeva yer aldı.

İştirakçılar elmi əsaslı sağlamlıq tətbiqləri, qolf turniri, Redlight terapiyası, Cold Plunge, IV Drips prosedurları, Longevity Check-Up və detoks səhər yeməkləri ilə zəngin, unikal bir təcrübə yaşadılar. Axşam saatlarında isə Bakı mənzərələri altında təşkil edilən şəhər gəzintiləri və yerli mətbəxin ləzzətləri tədbirə xüsusi rəng qatdı.

“Marga”nın uzunömürlülük fəlsəfəsi əsasında hazırlanmış bu həftəsonu proqramı fiziki, zehni və sosial rifahı bir araya gətirərək iştirakçılara unudulmaz anlar bəxş etdi.

Oxşar xəbərlər

Sağlamlıq və rahatlığın yeni ünvanı “Marga”
Sağlamlıq və rahatlığın yeni ünvanı “Marga” - FOTO
İsrail XİN başçısı: Fələstin əslində HAMAS dövlətidir
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Art Weekend" festivalı keçiriləcək
Azərbaycan İstanbulda 41-ci Beynəlxalq Kitab Sərgisində ilk dəfə “Fəxri qonaq” qismində iştirak edir - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər