Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Art Weekend" festivalı keçiriləcək
sizinxeber.az xəbər saytı

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Art Weekend" festivalı keçiriləcək


Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda incəsənət festivalına hazırlıq başlayıb.

Fonddan Sizinxeber.az-ya verilən xəbərə görə, 31 oktyabr - 2 noyabr tarixlərində incəsənət həvəskarlarını maraqlı və qeyri-adi bir həftəsonu gözləyir.

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) layihəsi həftəsonu Bakını yaradıcılıq, duyğular və enerji dalğasına bürüyəcək.

"Art Weekend" üçün əsas element su seçilib və fəlsəfi, bədii, ekoloji baxımdan layihənin konsepsiyasının mərkəzində yer alacaq. Bu da təsadüfi deyil. Belə ki, su həm yaradıcı metafora, dəyişimin güzgüsü, həm də insan və təbiət arasında körpünün rəmzidir.

Azərbaycanla yanaşı, digər ölkələrdən də tanınmış rəssam, kurator və incəsənət xadimlərinin iştirak edəcəyi "Art Weekend" festivalında yaradıcı şəxslər Bakıda bir araya gələrək, suyu yaradıcılığın hər növünə nüfuz edən bir güc və mövzu kimi araşdıracaq.

Ənənəvi sərgi formatını aşacaq tədbirdə müxtəlif təqdimatlar, interaktiv instalyasiyalar da nümayiş olunacaq. İzləyicilər duyğularla döyünən heyranedici rəsmlər, insan ruhunu oyandıran heykəllər və incəsənətin digər sahələrinə aid gözəl nümunələrlə tanış olacaqlar.

"Art Weekend" zamanı Bakının müxtəlif incəsənət məkanlarında – qalereyalar, teatr, sərgi zalları və açıq səma altındakı sərgilərdə incəsənət və transformasiya ruhu birləşəcək.

“Gələcəyi İNDİ Duy” – sadəcə bir incəsənət hadisəsi deyil, həm də dünyaya yeni baxış üçün insan hisslərinin dərinliyinə qərq olub özünü yenidən kəşf etməyə bir dəvətdir.

"Art Weekend" təşkilatçıları hər kəsi gələcəyə toxunmağa və onu hiss etməyə çağırır.

Oxşar xəbərlər

Mədəniyyət Nazirliyi “Yaşıl STEAM Azərbaycan” Festivalında təmsil olunur
Bakıda incəsənət festivalı keçirilir
Heydər Əliyev Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi və “Öz töhfəni ver!” sərgisi açılıb - FOTO
Heydər Əliyev Fondu Ramazan bayramında şəhid ailələri ilə birgə - FOTO
Bu il ilk dəfə Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində şagirdlər təhsilə başlayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər