Boksçu Alfonso Dominqes: Olimpiadada bütün Azərbaycan xalqını təmsil edirəm
"Mən burada ölkəmi, ailəmi, övladlarımı, komanda yoldaşlarımı və bütün Azərbaycan xalqını təmsil edirəm".
Apasport.az xəbər verir ki, bunu Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında finala yüksələn Azərbaycan boksçusu Alfonso Dominqes şəxsi instaqram hesabında yazıb.
92 kq çəki dərəcəsində mübarizə aparan idmançı artıq turnirin həlledici qarşılaşmasına vəsiqə qazandığını xatırladıb: "Allaha çox şükürlər olsun ki, mənə bu anları yaşatmağa imkan verdi. Azərbaycan xalqına təşəkkür edirəm, məni öz oğulları kimi qarşıladılar və olimpiadada çıxış etməyə şans yaratdılar".
Qeyd edək ki, Alfonso Dominqes finalda Özbəkistan təmsilçisi Lazizbek Mullojonovla üz-üzə gələcək. Avqustun 10-da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:34-də start götürəcək.
Oxşar xəbərlər
Alfonso Dominqes: Paris olimpiadasında Azərbaycan xalqını təmsil edirəm
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
