Alfonso Dominqes: Paris olimpiadasında Azərbaycan xalqını təmsil edirəm
Mən burada ölkəmi, ailəmi, övladlarımı, komanda yoldaşlarımı və bütün Azərbaycan xalqını təmsil edirəm.
"Sizinxeber.az" xəbər verir ki, bunu Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında finala yüksələn Azərbaycan boksçusu Alfonso Dominqes şəxsi instaqram hesabında yazıb.
92 kq çəki dərəcəsində mübarizə aparan idmançı artıq turnirin həlledici qarşılaşmasına vəsiqə qazandığını xatırladıb: "Allaha çox şükürlər olsun ki, mənə bu anları yaşatmağa imkan verdi. Azərbaycan xalqına təşəkkür edirəm, məni öz oğulları kimi qarşıladılar və olimpiadada çıxış etməyə şans yaratdılar".
Qeyd edək ki, Alfonso Dominqes finalda Özbəkistan təmsilçisi Lazizbek Mullojonovla üz-üzə gələcək. Avqustun 10-da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:34-də start götürəcək.
Oxşar xəbərlər
Paris-2024: Azərbaycan taekvondoçusu mübarizəyə başlayır, güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
