Elvin Quliyev: "Azərbaycandan B kateqoriyalı məşqçi kursunu oxuyan ilk mən oldum"
sizinxeber.az xəbər saytı

Elvin Quliyev: "Azərbaycandan B kateqoriyalı məşqçi kursunu oxuyan ilk mən oldum"


Futzal üzrə Azərbaycan Yüksək Liqasında çıxış edən “Baku Fire” klubunun məşqçisi Elvin Quliyev Finlandiyada UEFA tərəfindən təşkil olunan kursu uğurla başa vurmasına münasibət bildirib.

Mütəxəssis bu barədə "Report"a açıqlama verib.

UEFA-nın B lisenziyasına sahib olan E.Quliyev 1 il ərzində dərslərdə iştirak etdiyini vurğulayıb:

"Daha öncədən UEFA-ya futzal üzrə məşqçi kurslarında iştirakla bağlı müraciət yollamışdıq. Uzun müddətdən sonra dərslərə qatılmaq üçün dəvət aldım. Dəvət məktubu AFFA-ya gəldi və assosiasiya qərarı təsdiqlədikdən sonra Finlandiyada 3 mərhələdən ibarət kurslarda iştirak etdim. İlk dəfə kurslar kompüter vasitəsi ilə və ingilis dilində keçirilirdi. Şükürlər olsun ki, 1 il müddətində verilən tapşırıqların öhdəsindən layiqincə gəldim. Azərbaycandan bu kursu oxuyan ilk mən oldum və bu çox xoş hisslərdir. Çünki heç vaxt ölkəmizdə bu cür kurs keçirilməyib. Məsələ AFFA tərəfindən də maraqla qarşılandı. Yaxın gələcəkdə Azərbaycanda da futzal üzrə B kateqoriyalı məşqçi kursları təşkil olunacaq. Seminar mənim üçün böyük təcrübə oldu. İnanıram ki, əldə etdiyim kateqoriya sayəsində Azərbaycan futzalına daha faydalı olacağam".

Qeyd edək ki, Elvin Quliyevin məşqçisi olduğu “Baku Fire” Azərbaycan Yüksək Liqasının 2024/2025 mövsümünü gümüş medalla başa vurub.

Oxşar xəbərlər

Azərbaycanlı məşqçi Finlandiyadakı kursu diplomla bitirib
UEFA razılıq verdi, Azərbaycanda futzal üzrə B kateqoriyalı məşqçi kursu təşkil ediləcək
Azərbaycan klubunun kapitanı UEFA-nın məşqçilik kursunda iştirak edir
Azərbaycan kubunun kapitanı UEFA-nın məşqçilik kursunda iştirak edir
UEFA-nın dəstəyi ilə Bakıda D kateqoriyalı məşqçi kursları keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər