Azərbaycanın U-12, U-14 və U-16 qız basketbol liqalarında mükafatçılar müəyyənləşib
Azərbaycanın U-12, U-14 və U-16 qız basketbol liqalarında mükafatçılar müəyyənləşib.
"Report" xəbər verir ki, bu barədə Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Texniki Universitetinin idman zalında U-12, U-14 və U-16 liqalarında final və üçüncü yer uğrunda görüşlər keçirilib.
U-12 liqasının final oyununda İOEUGİM-8 komandası "AzStars" klubuna 48:31 hesabı ilə qalib gələrək çempion olub. "Birlik" klubu isə "Gəncə" üzərində 29:18 hesablı qələbə ilə 3-cü yeri tutub.
U-14 liqasının finalında AAAF klubu 59:22 hesabı ilə "Gəncə"dən güclü olub və çempionluğa sevinib. İEOUGİM-8 komandası 55:26 hesabı ilə "Cəlilabad"a qalib gələrək 3-cü pillədə qərarlaşıb.
U-16 liqasının final görüşündə "AzStars" klubu 74:32 hesabı ilə İOEUGİM-8 komandasından güclü olub və çempionluğu qazanıb. Üçüncü yerin sahibi isə AAAF kollektivinə 41:45 hesabı ilə qalib gəlmiş "Gəncə" olub. Həlledici oyunlardan sonra mükafatlandırma mərasimi baş tutub.
Kubok və medalçılara mükafatları qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Evren Alkaya, U-16 qız millisinin baş məşqçisi Ferhat Akcan və Hakimlər Komitəsinin sədri Ələkbər Həsənov təqdim ediblər.
Oxşar xəbərlər
Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi müəyyənləşib
Azərbaycan Basketbol Liqasında "Gəncə" qələbə qazanıb
Azərbaycan Basketbol Liqası: "Gəncə" "Sumqayıt"a qalib gəlib
3x3 basketbol üzrə ilk mərhələnin qalibi müəyyənləşib
Basketbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
