

Amil Həmzəyev: "Dünya çempionatının seçmə mərhələsində çətin qrupa düşmüşdük"
3x3 basketbol üzrə Azərbaycan millisinin üzvü Amil Həmzəyev Bakıda keçirilmiş dünya çempionatının seçmə mərhələsində uğursuz çıxışın səbəblərini açıqlayıb.
Oyunçu bu barədə "Sizinxeber.az"a açıqlama açıqlama verib.
O, çətin qrupda yer aldıqlarını bildirib:
"Çətin qrupa düşmüşdük. Bu, reytinqə görə belə oldu. Qrupumuzdakı iki komanda növbəti raunda vəsiqə qazandı. Nəzər Quliyev və Kamran Məmmədovun bu növdə ilk yarışı idi. Normal basketboldan sonra buna uyğunlaşmaq bir az çətindir. Bunu qadınlardan ibarət millimizin timsalında da gördük. Avropa çempionatının seçmə mərhələsinə hazırlaşacağıq. Serbiyaya təlim-məşq toplanışına yollanacağıq. Ümid edirəm ki, növbəti yarış daha fərqli olacaq".
Qeyd edək ki, Orxan Aydın, Amil Həmzəyev, Nəzər Quliyev və Kamran Məmmədovdam ibarət Azərbaycan millisi B qrupunda Kanada (7:12) və Böyük Britaniya (12:21) yığmalarına uduzaraq pley-offdan kənarda qalıb.
Oxşar xəbərlər
"Quba"nın basketbolçusu mundialın seçmə mərhələsində Azərbaycan millisinin baş məşqçisi olacaq
Azərbaycan yığmasının baş məşqçisi: Dünya çempionatının seçmə mərhələsində qrupdan çıxacağımızı düşünürəm
Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb
Dünya çempionatının Bakıda keçiriləcək seçmə mərhələsində azərbaycanlı hakim olmayacaq
Azərbaycanın 3x3 basketbol millisi sabah dünya çempionatının hazırlığına başlayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Cənubi Karolinanın Qrinvil şəhərində 28 May “Azərbaycanın Müstəqillik Günü” elan edilib
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
İsrail Qəzza müharibəsi başlayandan ABŞ-dən 90 tondan çox hərbi təchizat alıb
-
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
