"Fənərbağça" "Monako"nu məğlub edərək Avropa Liqasının qalibi olub
sizinxeber.az xəbər saytı

"Fənərbağça" "Monako"nu məğlub edərək Avropa Liqasının qalibi olub


BƏƏ-nin paytaxtı Əbu-Dabidə Avropa Liqasının "Dördlər Finalı" turniri çərçivəsində "Monako" və "Fənərbağça" arasında birinci yer uğrunda matç keçirilib.

"Sizinxeber.az" xəbər verir ki, görüş 81:70 (18:20, 17:13, 19:18, 27:19) hesabı ilə İstanbul komandasının xeyrinə başa çatıb.

Beləliklə, türk klubu Avropa Liqasının qalibi olub, Monako komandası isə gümüş medal qazanıb.

"Fənərbağça"nın heyətində ən məhsuldar oyunçu amerikalı forvard Naygel Heys olub. O, 23 xal toplamağı, doqquz ribaund etməyi və bir dəqiq ötürmə verməyi bacarıb.

"Monako"nun heyətində ən məhsuldar oyunçu amerikalı forvard Alfa Diallo oldu. Amerikalı 19 xal toplayıb, üç ribaund edib və iki ötürmə verib.

Oxşar xəbərlər

"Monako"nun futbolçusu Mbappenin rekordunu qırıb
"Monako" rusiyalı futbolçusu ilə müqavilə müddətini artırıb
Fransa klubu Niderland millisinin üzvünü transfer edib
"Monako" yaponiyalı futbolçusu ilə müqavilənin müddətini uzadıb
Norris Monako Qran-prisinin qalibi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər