Azərbaycanın buzüstü hokkey komandası Çin və Rusiyada keçiriləcək turnirlərə dəvət alıb
Azərbaycanın "Ocaq Sport" buzüstü hokkey komandası Çin və Rusiyada keçiriləcək turnirlərə dəvət alıb.
Bunu "Report"a açıqlamasında "Ocaq Sport"un baş məşqçisi Aleksandr Blinov deyib.
Mütəxəssis Dubayda təşkil olunan beynəlxalq "Galaxy Cup" turnirində üçüncü yeri tutmaları və digər ölkələrdə planlaşdırılan yarışlara dəvət almaları barədə danışıb:
"Komandamız bu yarışda böyük uğura imza atdı. Üçüncü yeri tutmaq bizim üçün sevindiricidir. Bu, Azərbaycan hokkeyi üçün tarixi hadisədir. Turnirin ən gənc komandası biz idik. Bu yarışdan sonra Çin, Rusiya və Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək turnirlərə dəvət almışıq. Azərbaycanda bizə rəqib ola biləcək komanda olmadığı üçün başqa ölkələrdə oynamaq məcburiyyətindəyik. Məqsədimiz bu cür yarışları Bakıda təşkil etməkdir. Bakıda mübarizə aparmaq bizim üçün yeni tərcübə olardı".
Qeyd edək ki, "Ocaq Sport" 6 komanda arasında 3-cü yeri tutub. İlk dəfə beynəlxalq turnirdə iştirak edən komandanın qapıçısı İlkin Qəmbərov isə ən yaxşı oyunçu adına layiq görülüb.
Oxşar xəbərlər
Azərbaycan komandası Dubayda keçirilən beynəlxalq turnirdə uğurlu çıxış edib
Üçüncü beynəlxalq “Ocaq Kuboku” keçiriləcək
Azərbaycanın hokkey komandası ilk dəfə beynəlxalq turnirdə iştirak edəcək
IIHF prezidenti 3x3 hokkeyi Qış Olimpiya Oyunlarının proqramına daxil etməyi təklif edib
Azərbaycanın akrobatika gimnastikası millisinin baş məşqçisi: Dünya çempionatında tarixi nəticəyə imza atdıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Buzlaqlar uğrunda Qrenlandiya savaşı: ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyib
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib
-
İngiltərə Kuboku: "Çelsi" növbəti mərhələdə












