Azərbaycanın voleybol millisi Avropa Qızıl Liqasına hazırlıqlara start verib
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Qızıl Liqasına hazırlıqlarına start verilib.
"Sizinxeber.az" xəbər verir ki, bu məqsədlə baş məşqçi Faiq Qarayevin rəhbərliyi ilə voleybolçularla iclas keçirilib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində bu gün baş tutan görüşdə hazırda ölkədə olan milli üzvləri, gənc voleybolçular, məşqçilər korpusu, federasiya nümayəndələri iştirak ediblər.
Əvvəlcə hər kəsi salamlayan Faiq Qarayev Avropa Qızıl Liqasında iştirak edəcək yığmaya uğurlar arzulayıb. O, bu gündən məşqlərə start verildiyini bildirib və yarışın hazırlıq prosesi haqqında ətraflı məlumat verib. F.Qarayev komandanın bir neçə gün Bakıda məşq edəcəyini, sonra isə təlim-məşq toplanışına yollanacağını deyib.
Daha sonra millimizin oyunçuları Katerina Jidkova və Aynur İmanova çıxış ediblər. Voleybolçul yarışda yüksək səviyyədə çıxış etmək üçün əllərindən gələni edəcəklərini bildiriblər və hər kəsə uğurlar arzulayıblar.
Oxşar xəbərlər
Azərbaycanın 30 cüdoçusu Yaponiyada təlim-məşq toplanışında iştirak edir
Azərbaycanın kişi boksçulardan ibarət millisi təlim-məşq toplanışına start verib
Azərbaycan voleybol millilərinin Avropa Qızıl və Gümüş Liqalarındakı oyunlarının təqvimi müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
