Azərbaycan Voleybol Federasiyası və CEV rəsmiləri milli üzvləri ilə görüşüblər
Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç, Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Bəhruz Quliyev, AVF-nin baş katibi Faiq Orucov, AVF prezidentinin müşaviri Cəlil Cəfərov, gənc qızlardan, həmçinin oğlanlardan ibarət millilərin oyunçuları və məşqçiləri ilə görüşüblər.
"Sizinxeber.az" AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan toplantıda CEV rəhbəri gəncləri salamlayıb, onlara uğurlar arzu edib.
O, AVF-də uşaq voleybolunun inkişafı istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.
Daha sonra AVF-nin icraçı direktoru Vüqar Hüseynzadə federasiyada görülən işlər və qarşıdakı planları əhatə edən təqdimatla çıxış edib.
AVF-nin Təlim və aşağı yaş qruplarının rəhbəri Cengiz Akarçeşme çıxış edərək bildirib ki, məşqçiliyə yeni başlayan mütəxəssislərlə işlər aparılır, onların bilik və bacarıqlarının artırılmasına dair müxtəlif seminarlar təşkil olunur.
Oxşar xəbərlər
Avropa Voleybol Konfederasiyasının yeni prezidenti bəlli olub
Azərbaycanda voleybol məşqçiləri üçün seminarlar təşkil olunacaq
Azərbaycan Voleybol Federasiyası növbəti dəfə məşqçi kursu təşkil edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
