ABŞ-dən olan oyunçu NHL-də Aleksandr Oveçkinin nailiyyətini geridə qoyub
sizinxeber.az xəbər saytı

ABŞ-dən olan oyunçu NHL-də Aleksandr Oveçkinin nailiyyətini geridə qoyub


"Toronto"nun oyunçusu Oston Matteyus Milli Hokkey Liqasında (NHL) rusiyalı Aleksandr Oveçkinin nailiyyətini geridə qoyub.

"Sizinxeber.az" NHL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, ABŞ-dən olan 27 yaşlı idmançı buna "Baffalo"ya 4:0 hesabı ilə qalib gəldikləri görüşdə fərqlənməklə nail olub.

Beləliklə, o, NHL-də 400-cü qoluna imza atıb və bunu 628-ci matçda bacarıb. Oveçkin bu rəqəmə 634 qarşılaşmada çatmışdı.

Qeyd edək ki, turnirdə rekord 436 oyunda 400 dəfə fərqlənən Ueyn Qretskiyə məxsusdur.

Oxşar xəbərlər

Məhəmməd Salah Anrinin Premyer Liqadakı nailiyyətini geridə qoyub
Milli Hokkey Liqasında yeni rekord qeydə alınıb
Rusiyalı hokkeyçi NHL rekordunu təkrarlayıb
Oveçkin NHL tarixində ən çox pul qazanan hokkeyçi olub
"Benfika"nın futbolçusu məhsuldar ötürmə sayında Messini geridə qoyub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər