"Quba"nın baş məşqçisi "Ordu" ilə oyunda hakim idarəçiliyindən narazı qalıb
sizinxeber.az xəbər saytı

"Quba"nın baş məşqçisi "Ordu" ilə oyunda hakim idarəçiliyindən narazı qalıb


"Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov "Ordu"ya uduzduqları (88:92) Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ikinci oyununda hakim idarəçiliyindən narazı qalıb.

"Report" xəbər verir ki, mütəxəssis bu barədə matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

O, əllərindən gələni etdiklərini bildirib:

"Amma serb hakim kobud səhvə yolverdi. Üç xal uduzduğumuz vaxtda üç xallıq atış etdik, o da hücum foulu qeydə aldı. O da oyunun taleyini həll etdi. Digər tərəfdən, ağzımızı aça da bilmirik, hamıya texniki foul verirdi. Amma rəqib komandanın oyunçularına, məşqçisinə bu cür yanaşma yox idi. İstədiklərini edirlər. Bu oyunda hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı. Rotasiyamız geniş deyil, güclə gəlib çatırıq, özümüzü "öldürürük", sonda da belə olur. Biz əlimizdən gələni etdik".

Oxşar xəbərlər

Şəhriyar Əsgərov: "Gəncə"yə uduzsaq da, əlimizdən gələni etdik"
"Ordu"nun baş məşqçisi "Quba"ya qalib gəldikləri oyunu dəyərləndirib
"Quba"nın baş məşqçisi: "Rəqibin heyətinin geniş olması öz işini gördü"
"Quba"nın baş məşqçisi: "Ordu" ilə matçın əvvəllərində hesabda önə keçsək də, sonradan tempdən düşdük"
"Neftçi"nin baş məşqçisi: Gürcüstan komandası ilə oyunun ilk hissəsində çox səhv etdik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər