Azərbaycan Basketbol Liqasında XVI tura 2 oyunla yekun vurulacaq
Azərbaycan Basketbol Liqasında XVI tura 2 oyunla yekun vurulacaq.
“Sizinxeber.az” xəbər verir ki, hər iki görüş B qrupunda keçiriləcək.
“Şəki” evdə “Ordu” ilə qarşılaşacaq. Matça Şəki Olimpiya İdman Kompleksində, saat 14:00-da start veriləcək. Meydan sahibləri hazırda qrupda ikinci, “Ordu” isə üçüncüdür. Hər iki komandanın 26 xalı var.
Turun son qarşılaşması “Sərhədçi” İdman Mərkəzində gerçəkləşəcək. “Quba” “Gəncə”ni qəbul edəcək. Matçın start fiti saat 19:00-da səsləndiriləcək. “Gəncə” hazırda 26 xalla qrup lideridir. Sonuncu - 6-cı olan “Quba”nın 19 xalı var.
Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Neftçi" "Naxçıvan"ı 114:70, "Sabah" "Sərhədçi"ni 89:73, "Sumqayıt" "Lənkəran"ı 88:83, NTD isə “Abşeron”u 98:85 hesabı ilə məğlub edib.
Oxşar xəbərlər
Bu gün Azərbaycan Basketbol Liqasında XIII tura yekun vurulacaq
Azərbaycan Basketbol Liqasında XIV tura yekun vurulur
Azərbaycan Basketbol Liqasında V tura yekun vurulacaq
Azərbaycan Basketbol Liqasında XII tura yekun vurulur
Azərbaycan Basketbol Liqasında XI tura yekun vurulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











